Azərbaycanda "vəkil günü" qeyd olunur


10:36     28 Dekabr 2019 19_12_28_1577516721.jpg

Azərbaycanda "vəkil günü" qeyd edilir.


Femida.az xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il Sərəncamına əsasən dekabrın 28-i "Vəkil günü" kimi qeyd olunur.

Azərbaycanda vəkillərin peşə fəaliyyəti Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunla tənzimlənir.

Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir.

Azərbaycan Respublikasında vəkillik fəaliyyəti hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillər öz fəaliyyətini qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında həyata keçirirlər.

Vəkillər aşağıdakı əsaslarla fəaliyyət göstərirlər:

- Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi;
- vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi;
- Vəkillər Kollegiyası üzvlərinin bərabərliyi;
- özünüidarəetmə əsasında Vəkillər Kollegiyası üzvlüyünə qəbul, üzvlükdən xaric edilmə və intizam məsuliyyətinə cəlb olunma məsələlərinə dair müstəqil qərar qəbul edilməsi.

Vəkillik fəaliyyətinin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.

Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Cinayət işləri üzrə məhkəmə prosesində, ibtidai istintaqda və ya təhqiqatda Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə müvafiq olaraq müdafiəçi qismində yalnız vəkillər iştirak edə bilərlər.

Vəkillər həmçinin aşağıdakı fəaliyyətlə də məşğul ola bilərlər:

- dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində;
- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində;
- ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində;
- fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində;
- digər növ hüquqi yardım göstərilməsində.

Femida.az hüquq yüklü xəbər portalı Vəkillər Kollegiyasının bütün üzvlərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Açar sözlər: #vəkil   #peşə   #bayram  

Oxunub: 1063