Nazir: "Vətəndaşların bizə müraciət etməyinə ehtiyac qalmayacaq"
16:14 28 Dekabr 2019
“E-sosial” portalı Azərbaycanın bütün əhalisini bizim üzərimizdə ictimai nəzarətçiyə çevirdi. Vətəndaş gündəlik olaraq orada izləyə bilir ki, sosial sığortası, əmək haqqısı, pensiyası, müavinəti və digər sosial hüquqları nə qədərdir. Bu günə qədər “E-sosial” portalının 150 min aktiv istifadəçisi var. Baxış sayı isə 1,5 milyondur.
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu ilin 1 yanvar tarixindən elektron pensiya təyinatına başlanılıb:
"Bu günə qədər 15 mindən artıq şəxs öz pensiyalarını heç bir ünvana getmədən, elektron müraciət göndərmədən əldə edib. Bu il pensiyaya çıxan insanların 80 faizi elektron təyinat vasitəsilə bunu əldə ediblər. Həmçinin, müavinətlərin avtomatlaşdırılmasına başladıq. 15-ə yaxın müavinət elektron qaydada təyin edilir. Gələn il 180 min təyinatın elektron qaydada həyata keçiriləcəyini gözləyirik. Vətəndaşların bizə müraciət etməyinə ehtiyac qalmayacaq, bunu elektron qaydada əldə edəcəklər. "Məşğulluq" altsistemini yaradaraq istifadəyə verdik. "Məşğulluq" altsistemi işsiz və işaxtaran vətəndaşlarımız, habelə işəgötürənlər üçün böyük imkan yaratdı. Bu sistemdə 235 min işsiz və işaxtaran, 20 mindən artıq isə vakansiyamız var".
Femida.az
Oxunub: 819
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək