27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb


17:21     29 Dekabr 2019 MSK23.jpg



Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib.

Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən, 11 nəfəri təşəbbüs qrupları, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

MSK sədri qeyd edib ki, həmin müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1142 nəfəri isə imza vərəqələrini artıq götürüb. 159 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandırıb.

Qeyd edək ki, 2020-ci il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 617