Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 21-ə çatıb
12:16 04 Yanvar 2020
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 21-ə çatıb.
Femida.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
- Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
- Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb
- Parlament hərbçilərin sığortası ilə bağlı layihəni qəbul edib
- Parlament növbəti ilin yaşayış minimumunu təsdiqləyib
- Parlament gələn ilin büdcə zərfini müzakirə edir
- Parlament 18 Oktyabrla bağlı layihəni qəbul edib
- Parlamentin növbədənkənar sessiyası başa çatıb
- Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- Parlament binasına ildırım düşdü