İki gündə 47 nəfər saxlanılıb


16:07     06 Yanvar 2020 ogrular-hebs.jpg



Respublikanın daxili işlər orqanları tərəfindən, 4-5 yanvar tarixlərində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 857