Balakəndə evlərdən oğurluq edən şəxslər tutulub
11:29 07 Yanvar 2020
Balakən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq olması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin əvvəllər də məhkum olunmuş rayonun Tülü kənd sakini Pərviz Umudov, həmkəndlisi Zamiq Osmanov və Balakən şəhər sakini Anar Qarayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ötən ilin noyabr ayından bu ilin yanvar ayınadək olan müddətdə 3 ayrı-ayrı evdən televizorlar və müxtəlif əşyalar oğurlayıblar.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 500
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb