Əli Nağıyev və Orxan Sultanov Türkiyə MİT-in yeni binasının açılışında iştirak ediblər
11:48 07 Yanvar 2020
Yanvarın 6-da Ankara şəhərində Türkiyə Respublikasının Milli İstihbarat Təşkilatının (MİT) Mərkəzi Aparatının “Qala” yeni inzibati binasının təntənəli açılışı olub.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Femida.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın dəvəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri təntənəli mərasimdə iştirak ediblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək qardaş ölkənin xüsusi xidmət orqanlarının keçdiyi tarixi yola nəzər salıb, hazırda Milli İstihbarat Təşkilatının qarşısında duran mühüm vəzifələr, eləcə də Türkiyənin maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən işlər barədə danışıb. Dövlət başçısı “Qala”nın istifadəyə verilməsi münasibətilə Milli İstihbarat Təşkilatının əməkdaşlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni binanın açılışını bildirən rəmzi lentin təntənəli şəkildə kəsilməsi mərasimində Türkiyə Respublikasının ali dövlət rəhbərliyi, hökumət üzvləri və digər rəsmi şəxslərlə yanaşı, general-leytenant Əli Nağıyev və general-leytenant Orxan Sultanov da iştirak ediblər.
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin təmsilçiləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri dövlət başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidentinə səmimi salamlarını və təbrikini, eləcə də dost və qardaş ölkəyə milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində yeni-yeni uğurların əldə edilməsi barədə arzularını çatdırıblar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını yetirmiş, təbrikə və xoş diləklərinə görə təşəkkürünü bildirib.
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- Əliyevlə Ərdoğan açılışa qatıldı
- Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
- Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı müsadirə edilib
- Əli Əsədov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
- Əli Həsənovun oğlunun Vüqar Səfərlinin məhkəməsinə çağırılması ilə bağlı qərar açıqlanıb
- Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb
- Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
- Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib