17 yaşlı qız bir aydır itkin düşüb - Şəmkirdə


11:15     09 Yanvar 2020 2020/01/3bc96152-887b-4a6e-aa4c-d307ee4c75a9_1578554176.jpg


Şəmkir rayonunda 17 yaşlı qız itkin düşüb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-ın Qərb Mərkəzinə verilən məlumata görə, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X.Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Femida.az

Açar sözlər: #itkin  

Oxunub: 2683