Bərdəyə yeni prokuror təyin edilib


17:59     09 Yanvar 2020 20_01_09_1578578448.jpg

Bərdə rayonuna yeni prokuror təyin edilib.


Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tərtər rayon prokuroru vəzifəsini icra edən Şıxəli Alməmmədov Bərdə rayon prokuroru təyin edilib.

Xatırladaq ki, Bərdə rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev bir müddət əvvəl işlərində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Femida.az

Açar sözlər: #Bərdə   #prokuror  

Oxunub: 976