Zaqatalada 61 yaşlı kişi dəm qazından boğularaq ölüb


15:50     10 Yanvar 2020 qazdan%20bogulma.jpg

Zaqatalada 61 yaşlı kişi dəm qazından boğulub.


Femida.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Ömərxan Mollamohuma oğlu Makarovun meyiti yaşadığı evin vanna otağında aşkar edilib. Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 497