Xüsusi Riskli Xilasetmə Xidməti məşğələ keçirib


19:51     10 Yanvar 2020 20_01_10_1578664354.jpg


Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran şəhərində yerləşən hərbi hissəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı kinoloji qrup tərəfindən xüsusi təlim keçmiş itlərin vasitəsilə zərərçəkmişlərin (cəsədlərin, partlayıcı maddələrin qoxu ilə) axtarışı” mövzusunda məşğələ keçirilib.

Femida.az xəbər verir ki, məşğələ Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin strukturuna daxil olan bölmələr arasında qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinə nail olmaq məqsədilə təşkil edilib.



Məşğələdə Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları tərəfindən yerli şəraitdən asılı olaraq xüsusi təlim görmüş itlərlə dağlarda, bataqlıqlarda, qar uçqunlarında, subasmalarda, fövqəladə halların nəticələrinin aradan qaldırılması, həmçinin uçqun zamanı zərərçəkmişlərin, cəsədlərin, partlayıcı maddələrin axtarışı üzrə tapşırıqların qoyulması, yerinə yetirilməsinə hazırlıq, axtarış-xilasetmə işlərinin yerinə yetirilmə ərazisinə hərəkət əyani şəkildə nümayiş etdirilib.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 1284