Ötən il 197 əcnəbi Naxçıvandan çıxarılıb
17:49 11 Yanvar 2020
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Femida.az-ın məlumatına görə, iclasda bildirilib ki, görülmüş tədbirlər nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyinin tələblərini pozan 202 əcnəbi aşkarlanıb. Onlardan 197-si barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib, 56 nəfər tətbiq edilmiş cəriməni ödəmədiyindən, cərimə ödənilənədək ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub
Xidmətə 10613 müraciət daxil olub ki, həmin müraciətlərdən 8624-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır.
Cari il ərzində muxtar respublikada 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul olub, 1 nəfərin isə vətəndaşlığı bərpa edilib.
Femida.az
Oxunub: 750
Oxşar xəbərlər
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
- Ötən ay sərhəd rеjim qaydalarını pozan 646 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ötən gün yol qəzalarında 7 nəfər ölüb
- Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən il Azərbaycanda müsadirə edilən əmlakların sayı açıqlanıb