Həbs edilən icra başçısının oğlu işdən çıxarılıb


11:22     15 Yanvar 2020 2020/01/image_660x441_5dfb716caf89c_1579073028.jpg

Ağstafa İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ramal Quliyev işdən çıxarılıb.


Femida.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müaviq əmri ilə tutduğu vəzifədən azad olunub”.

Femida.az

Açar sözlər:

Oxunub: 659