Göyçay sakinindən silah-sursat götürülüb


16:29     15 Yanvar 2020

Göyçay sakinində silah-sursat aşkarlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayazı kənd sakini Ə.Cabbarovun evindən 654 ədəd müxtəlif çaplı patron, 1 ədəd fişəng, 1 ədəd “RQD-5” markalı və 1 ədəd “F-1” markalı qumbara aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 839