Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb


15:21     31 May 2022 22_05_31_1653994061.jpg

Binəqədi Rayon Məhkəməsində Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Femida.az-In xəbərinə görə, məhkəmədə vəkillərin vəsatətləri təmin edilib.

Qərara əsasən, Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən tutulub. Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilir.

Açar sözlər:

Oxunub: 1232