Azərbaycan və Ermənistan XİN başçılarının görüşü bu aya planlaşdırılır


12:20     17 Yanvar 2020 trend_elmar_mammadyarov_160915.jpg


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti görüşü yanvar ayına planlaşdırılıb.


Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Görüşün bu il, çox güman, bu ayın sonunadək keçirilməsini planlaşdırırıq. Dünən Kaspşik ilə görüşdük və bu məsələni müzakirə etdik. Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər və Azərbaycan tərəfi danışıqların davam etdirilməsi fikri ilə tam razıdır”, - E.Məmmədyarov deyib.

Onun sözlərinə görə, görüşün yeri və vaxtı dəqiqləşdirilir.

Qarşıdakı görüş zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin növbəti tarixi müəyyənləşdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 417