Gürcüstandan gələn avtomobilin yanacaq çənindən 800 ədəd pirotexniki vasitə çıxdı


12:42     23 Yanvar 2020 2020/01/din_pirotexnika_231219_02_1579769078.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.


Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata əsasən, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin yanacaq çənindən 800 ədəd üzərində "Mega Piratka" yazısı olan pirotexniki vasitə və 140 ədəd "Roman Candle" yazılan fişənglər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 767