Traktor qaz xəttinin üstünə aşıb, 300 abonentin qazı kəsilib - FOTO


10:06     28 Yanvar 2020 2020/01/1580189512517_RyZdjeJZ_1580191702.jpeg

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb.

"Azəriqaz" İB-dən Femida.az-a verilən xəbərə görə, nəticədə qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 612