"Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına hələlik icazə verilmir"


14:43     28 Yanvar 2020 20_01_28_1580208269.jpg

“Hazırda diqqət mərkəzində əsasən koronavirusun yayılmağa başladığı Vuhan şəhərindəki azərbaycanlı tələbələrdir”.


Femida.az xəbər verir ki, bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV-nin birbaşa yayınında bildirib.

“Onlarla mütəmadi əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanırıq. Vuhandakı tələbələr qaldıqları mənzillərdən, yataqxanalardan çıxa bilmədikləri üçün daha çətin vəziyyətdədirlər. Yataqxanada qalanlar yeməkxanaya gedib çörək yeyə bilirlər, mənzil tutanlar isə özləri ərzaq tədarükü görüblər”, - səfir deyib.

O, Vuhan şəhərində rəsmi olaraq karantin elan edildiyini bildirib.

“Çin hökuməti hazırda bu karantin bölgəsindən vətəndaşların çaxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir, amma buna baxmayaraq, Azərbaycan vətəndaşlarını oradan çıxartmaq haqqında ciddi düşünürük və danışıqlar aparırıq. Azərbaycan hökuməti oradakı tələbələrimizin vəziyyətinə çox ciddi yanaşır. Ümid edirik ki, yaxın zamanda müsbət nəticə əldə edəcəyik”, - diplomat fikrini tamamlayıb.

Açar sözlər:

Oxunub: 518