Bakıda taksi sürücüsünü soyan şəxslər saxlanılıb - FOTO


16:28     29 Yanvar 2020 20_01_29_1580300944.jpg

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilini ələ keçiriməsi ilə bağlı 102-Zəng Mərkəzinə müraciət daxil olub. Daxil olan müraciət əsasında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan E.Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsinə şübhəli şəxslər ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 605