Türkiyə səfiri: "Azərbaycan zəlzələ ilə bağlı bütün yardımları edib"


12:48     30 Yanvar 2020 20_01_30_1580374251.jpg


"Zəlzələnin baş verdiyi ilk andan etibarən Azərbaycanın rəsmi dövlət qurumları - Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər".


Femida.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəlzələ olan andan Azərbaycan tərəfi müvafiq addımlar atıb:

"Bu istiqamətdə yanımızda oldular. Hər iki ölkənin səfirlikləri və müvafiq qurumları vasitəsilə əlaqə saxlanılıb. Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan bütün yardımları edib".

Femida.az

Açar sözlər:

Oxunub: 528