Taleh Bağırov haradadır? - Açıqlama
14:38 27 Noyabr 2015
"Taleh Bağırovun harada olması barədə hələlik məndə məlumat yoxdur".
Femida.az xəbər verir ki, bunu Trend-ə T.Bağırovun vəkil Cavad Cavadov bildirib. Vəkilin sözlərinə görə, T.Bağırovla hələ görüşməyib və hazırda onun harada olması barədə məlumatı yoxdur.
Qeyd edək ki, ötən gün Bakı şəhərinin Nardaran qəsəbəsində bir qrup radikal islamçıya qarşı Daxili İşlər Nazirliyi tərəfindən xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın zamanı 2 polis əməkdaşı da həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Oxunub: 7053
Oxşar xəbərlər
- Taleh Bağırovdan XƏBƏR VAR
- Taleh Bağırov barəsində yeni cinayət işi açıldı
- Taleh Bağırov Qobustan həbsxanasına köçürülüb
- Taleh Bağırovun apellyasiya şikayətinə baxıldı
- Taleh Bağırov və digərlərinin məhkəməsi olacaq
- Taleh Bağırovun işi geri qaytarıldı
- Taleh Bağırovun məhkəməsi olacaq
- Taleh Bağırovun cəzası bilindi - Hökm oxundu
- Taleh Bağırov və Fuad Qəhrəmanlının məhkəməsi olub
- Taleh Bağırova ömürlük həbs istənildi - Məhkəmədən