DİQQƏT! - Nazir müavinləri qəbul keçirəcək


10:04     31 Yanvar 2020 2019/12/edliye_esas_1576734055.jpg

Fevralın 4-də Azərbaycan Respublikası Ədliyyə nazirinin müavinləri Toğrul Musayev tərəfindən Qobustan rayonunda, Eldar Nuriyev tərəfindən isə Quba rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Femida.az xəbər verir ki, Qobustan İdman Kompleksində (ünvan: Heydər Əliyev prospekti 5) keçiriləcək qəbulda Qobustan, Abşeron, Xızı, Ağsu rayonları və Sumqayıt şəhərində yaşayan vətəndaşların, Quba şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək qəbulda isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar Qobustan rayonunda keçiriləcək qəbula Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12; əlaqə telefonu: (01865) 5-57-45, 050-359-10-57, 055-925-37-41), Quba rayonunda keçiriləcək qəbula isə Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, 055-950-58-83, 077-338-31-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinlərinin həmin gün keçiriləcək qəbullarına Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 1117