Balakəndə narkotacirlər saxlanılıb


11:09     01 Fevral 2020 2020/02/89b3a281-b024-48db-bea6-b868f431cf74_1580541052.jpg

Balakəndə narkotacirlər saxlanılıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub. Onlar da şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.
Faktla bağlı saxlanılan şəxslər barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 674