Ombudsman Qubada vətəndaşları qəbul edib
16:12 01 Fevral 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba rayonuna səfəri çərçivəsində ona müraciət etmiş vətəndaşları qəbul edib, müraciətlərini yerində araşdırıb.
Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata əsasən, Quba və ətraf rayonlardan qəbula gələn vətəndaşlar əsasən əlilliyə, güzəştli şərtlərlə yaşa görə pensiya hüquqlarının həyata keçirilməsi və ünvanlı sosial yardımla bağlı etdikləri müraciətlərin nəticəsiz qalması, müalicə və əməliyyat olunmaları, məhkəmə qərarları əsasında verilən icra sənədlərinin, o cümlədən alimentlərin alınmasına dair icra vərəqələri üzrə icraatın gecikdirilməsi, bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər ediblər.
Ombudsman tərəfindən qəbul edilmiş hər bir vətəndaş fərdi qaydada dinlənilib, onlara hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunmaqla icraata götürülüb, bir sıra müraciətlər isə yerində təmin olunub.
Femida.az
Oxunub: 934
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub