Qusarda itkin düşən yeniyetmənin meyiti tapıldı
18:46 03 Fevral 2020
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qusarda itkin düşən yeniyetmənin ölməsi faktı ilə bağlı birgə məlumat yayıb.
Femida.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.
Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.
İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 814
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM