Məhkəmə Serj Sarqsyanla bağlı cinayət işini icraata götürüb


20:28     03 Fevral 2020 sarkisyan-yigdi.jpg

Yerevan Şəhər Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla bağlı cinayət işini icraata qəbul edib.

Femida.az TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti ötən il dekabrın 4-də Serj Sarqsyana qarşı 2013-cü ilin 25 yanvar - 7 fevral tarixlərində 489 milyon dramın (1 milyon ABŞ dolları) bir qrup vəzifəli şəxs tərəfindən israf olunmasında təşkilatçı qismində iştirak etməsi ilə bağlı ittiham irəli sürüb.

Açar sözlər:

Oxunub: 692