40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs saxlanılıb


10:41     05 Fevral 2020 20_02_05_1580884917.jpg



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini Emin Sadıqov tutulub.

Saxlanılan şəxs ifadəsində törətdiyi əməllərini etiraf edib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 377