Taleh Bağırovun işi Ağır Cinayətlərdə


23:39     27 Noyabr 2015 1439203zemini-ve-perspektivi-yoxdur-video.jpg


Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı saxlanılan Taleh Bağırov və digər 13 nəfər barədə başlanmış cinayət işinin istintaqını aparan qurum məlum olub.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat verilib. Məlumatda bildirilir ki, 14 nəfər barədə cinayət işi Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Hazırda həmin idarədə istintaq davam edir.
Məlumata görə, hələlik saxlanılan şəxslər vəkillə təmin edilməyib. Buna görə də, həmin şəxslərin harada saxlanılması barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.

Açar sözlər:

Oxunub: 4964