Həbsdə olan qohumuna şirniyyatın işində narkotik aparan şəxs saxlanılıb - FOTO
10:08 08 Fevral 2020
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.2 və 56.1.3-cü maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Ruslan Eldar oğluna qohumu, Bakı şəhər sakini Nəsibov Gündüz İman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,781 qram narkotik maddə - həşiş qətranı, 0,854 qram narkotik maddə - tiryək və 1,614 qram narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 637
Oxşar xəbərlər
- Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub
- Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb
- Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb
- Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilib, əmlakının üzərindən həbs götürülüb
- Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib
- Həbsdə olan sabiq icra başçısı kassasiya şikayəti verib
- Həbsdə olan partiya sədrinin apellyasiya şikayəti icraata verilib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək
- Həbsdə olan partiya sədri apellyasiya şikayəti verib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək