Saat 15:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb


16:03     09 Fevral 2020 20_02_09_1581249867.jpg

Milli Məclisə seçkilərdə saat 15:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb.


Femida.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 61.4 faiz (46 min 225 seçicidən 23 736 nəfər) seçici fəallığı qeydə alınıb.

Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6 % (53 min 4 seçicidən 10 min 299 nəfər) təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1021