Hansı hallarda ödənilmiş aliment məbləği geri tələb oluna bilər?


09:49     11 Fevral 2020 bosanma-davasi-dilekcesi-ornegi-bosanmadavam.jpg

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, alimentin geri qaytarılması yolverilməzdir. Lakin bəzi istisna hallar mövcuddur.


Femida.az-ın məlumatına görə, aşağıdakı hallarda alimentin ödənilmiş məbləği geri tələb oluna bilər:

- Aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

- Məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;

- Aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. (e-huquq)

Femida.az

Açar sözlər:

Oxunub: 1045