Bakıda beynəlxalq konfrans keçirilir


10:47     13 Fevral 2020 Baki%20(2)_50QCENAT.jpg

Bu gün Bakıda "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilir.

Femida.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edib.

O, rəqəmsal iqtisadiyyatın əksər inkişaf etməkdə olan ölkələr kimi Azərbaycan üçün də əhəmiyyətli olduğunu bildirib.

Konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə deyib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi qarşıya çox ciddi məqsədlər qoyur.

"Sirr deyil ki, rəqəmsal iqtisasiyyatın inkişafı müasir iqtisadi sahələrin ən azı 50%-ni dəyişikliyə məruz qoyur", - deyə o, qeyd edib.

Açar sözlər:

Oxunub: 613