Sərhəd keçid məntəqələrinin yaxınlığında idxal-karantin məntəqələri yaradılacaq


12:47     13 Fevral 2020 20_02_13_1581583695.jpg


Bu il ərzində Azərbaycanın sərhəd keçid məntəqələrinin yaxınlığında 2 idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur.


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti illərdə Azərbaycanın digər idxal olunan sərhəd-keçid məntəqələrindən kənar yerlərdə də belə məntəqələrin qurulması planlaşdırılır:

"İdxal-karantin məntəqələri Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulub. Bu məntəqələrin layihələndirilməsi həyata keçiriləcək. İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da aparılacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 525