Nazir Ramin Quluzadə Sabirabadda vətəndaşları qəbul edib


15:34     14 Fevral 2020 20_02_14_1581680126.jpg


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları Sabirabad və Şirvanda keçirilib.


Femida.az-ın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin fevral ayında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Sabirabad şəhəri H. Əliyev mərkəzində, nazirin birinci müavini Əli Abdullayev Şirvanda vətəndaşlarla görüşüb.

Nazirin qəbulunda Sabirabad və Saatı rayonları, nazirin birinci müavininin qəbulunda isə Şirvan sakinlərinin müraciətlərinə baxılıb. Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib. Bəzi vətəndaş müraciətləri operativ şəkildə həll edilib. Araşdırılması tələb olunan digər müraciətlərin barədə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 801