2019-cu ildə bağlı qalan 329 cinayətin üstü açılıb
19:44 14 Fevral 2020
Ötən il Azərbaycanda açılan cinayətlərin sayı açıqlanıb.
Femida.az-ın xəbərinə görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluq, quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıq, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalmış, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma vəziyyəti yaxşılaşmış, eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 329 cinayətin açılması təmin edilib.
Femida.az
Oxunub: 916
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib