Qazaxda top mərmisi tapılıb
17:55 14 Fevral 2020
Fevralın 14-də 10:42-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 1 ədəd döyüş başlıqlı top mərmisinin və 1-ci Şıxlı kəndi ərazisində sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən Quşçu Ayrım kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1-ci Şıxlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 811 ədəd 5.45 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin və patronların ətrafında 1 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 946
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapılıb
- Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb
- Qazaxda 2 nəfər dəm qazından zəhərlənib
- Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb
- Qazaxda bir ailə zəhərlənib