FHN əməkdaşları "Sədərək"dəki yanğını söndürdü - FOTO + VİDEO


10:43     18 Fevral 2020 20_02_18_1582008165.jpg


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Sədərək" Ticarət Mərkəzindəki yanğını söndürüb.

Femida.az xəbər verir ki, hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Qeyd edək ki, bu səhər FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.











Amin Nəzərli

Femida.az

Açar sözlər: #FHN   #Sədərək   #yanğın  

Oxunub: 536