Kadırov yenə Türkiyəni hədəf aldı


00:36     29 Noyabr 2015 kadirov.jpg

Çeçenistan prezidenti Ramzan Kadırov Türkiyəni yenidən hədəf alıb.


Bu barədə o, özünün sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kadırov Türkiyəni "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə iş birliyində ittiham edib.

"Ankaranın terrorçularla biznes əlaqələri var və onlardan neft alır. Bu gün Türkiyə terrorçuların cəlb edilməsi və Suriyaya göndərilməsi üçün bazaya çevrilib, dünyanın hər yerindən quldurlar ora Türkiyə vasitəsilə gedirlər", - deyə Kadırov yazıb.

Xatırladaq ki, R.Kadırov bundan əvvəl də Türkiyəni Rusiyanın Su-24 təyyarəsini vurmasına görə ittiham və təhdid etmişdi.

Açar sözlər:

Oxunub: 1496