Kadırov Ərdoğandan xahiş etdi
22:42 05 Noyabr 2016
Türkiyədə polislərin və mülki şəxslərin qətlində şübhəli bilinən 3 çeçen silahlı saxlanılıb.
Femida.az-ın RBK agentliyinə istinadən veridiyi xəbərə görə, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.
Məktubun mətninə əsasən, saxlanılan şəxslər Maxran Saidov, Aslanbek Vadalov və Tarxan Qaziyevdir.
R. Kadırov R. Ərdoğanı saxlanılan şəxsləri Çeçenistana ekstradisiya etməyə çağırıb.
"Saxlanılan hər bir şəxs hərbçilərin, polislərin və mülki şəxslərin ölümünə səbəb olan çoxsaylı terakt hadisələri törədib. Vandalov 10 polisi və 3 mülki şəxsi qətlə yetirib. Qaziyev Rusiyanın baş nazirinin müavini Valentin Vlasovun oğurlanmasında və bir neçə polisin qətlində şübhəli bilinir. Saidov isə 20 nəfəri qətl edib", - deyə məktubda bildirilir.
Oxunub: 1228
Oxşar xəbərlər
- Kadırov Suriyaya gedəcək
- Kadırov İlham Əliyevə təşəkkür etdi
- Kadırovdan İŞİD-ə mesaj : `Məhv edərik`
- Kadırov küçəyə Məhəmməd Əlinin adını verəcək
- Kadırov azərbaycanlını nazir təyin etdi - FOTO
- Kadırov İslam bankı yaradır
- Kadırov Şaxta Baba oldu (VİDEO)
- Kadırov azərbaycanlı idmançıya maşın hədiyyə etdi
- Kadırov yenə Türkiyəni hədəf aldı
- Kadırov Türkiyəni hədələdi: “Peşman olacaqsınız”