Bakıda qanunsuz fəaliyyət göstərən sexlərdə reyd keçirildi
18:32 26 Fevral 2020
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Femida.az- a verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus un və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib.
Reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.
Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmir qarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.
Hər iki faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxunub: 475
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb