Tanışını bıçaqlayan şəxsin məhkəməsi olacaq
10:31 27 Fevral 2020
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xansuvar Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Femida.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, Xansuvar Abbasov tanışı, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firodvsi Gülmalıyevi bıçaqlayıb.
Hadisənin şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verdiyi, mübahisəyə isə söyüşün səbəb olduğu bildirilir.
Xansuvar Abbasova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
- Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını mətbəx bıçağı ilə öldürdü - İSTİNTAQ
- Tanışını bıçaqlayan Gəncə sakininin cinayət işi məhkəməyə göndərildi
- Tanışını polisə düzəltmək adı ilə dələduzluq edən şəxslə bağlı qərar elan olunub
- Tanışını taxta parçasıyla qətlə yetirdi - 16 il cəza
- Tanışını qətlə yetirən şəxs tutulub
- Tanışını taxta parçası öldürən şəxsə hökm oxunub
- Tanışını ayağından güllələdi