Şübhəli bilinən 41 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
11:05 27 Fevral 2020
Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları yayıb.
DİN-dən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- Şübhəli bilinən 26 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Şübhəli bilinən 48 nəfər saxlanılıb - RƏSMİ
- Şübhəli bilinən 31 nəfər saxlanıldı – Azərbaycanda
- Şübhəli bilinən 35 nəfər saxlanılıb - RƏSMİ
- Şübhəli şəxslə təqsirləndirilən şəxs arasında hansı fərqlər var? - Hüquqi baxış
- Şübhəli bilinən 30 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Şübhəli bilinən 23 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Şübhəli bilinən 30 nəfər saxlanılıb
- Şübhəli bilinən 31 nəfər saxlanılıb
- Şübhəli bilinən 30 nəfər saxlanılıb