Vəzifəli şəxslər maliyyə məlumatlarını açıqlayacaq - QANUN
10:19 28 Fevral 2020
Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçiriləcək.
Femida.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Milli Fəaliyyət Planında qeyd edilir ki, 2020-2022-ci illər ərzində bu işlərin icraçıları Nazirlər Kabineti, Ədliyyə Nazirliyi olacaq.
Bununla yanaşı, bu il ərzində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiya hazırlanacaq.
2020-2022-ci illərdə korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək veriləcək. Bu işin icraçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
- Vəzifəli şəxsləri şantaj edib pul alan sayt rəhbəri həbs olundu
- Vəzifəli şəxslərin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edilib
- Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
- Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - Xəstəxanada
- Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə əlaqədar cinayət işi başlanıb
- Vəzifəli şəxsin məhkəməsi başlayır
- Vəzifəli şəxsin qanunsuz hərəkətləri ifşa olunub
- Vəzifəli şəxslərin adından istifadə etdi - 70 mindən çox pul mənimsədi
- Vəzifəli şəxslərə cinayət işi açıldı - Qanunsuz ağac kəsilməsinə görə