Arvadı ilə mübahisə edib özünü bıçaqladı


14:34     30 Noyabr 2015 888798.jpg

Gəncə şəhər sakini ailə münaqişəsi zəminində özünü bıçaqlayıb.


Femida.az xəbər verir ki, hadisə ötən gecə şəhərin Cavad xan qəsəbəsində baş verib. Qəsəbə sakini, 28 yaşlı Azər Baxşəliyev qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə A. Baxşəliyev həyat yoldaşı ilə mübahisə etdikdən sonra özünü bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 950