Arvadının gözləri qarşısında öldürdülər
00:49 28 Dekabr 2017
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan mikroavtobus ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib.
Yaralı mikroavtobusun sürücüsü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun adı yaxın müddətdə açıqlanacaq.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.
Oxunub: 2163
Oxşar xəbərlər
- Arvadının cehizini oğurlayıb satdı - Bakıda
- Arvadının başını kəsib ölkədən qaçmaq istədi - Bakıda dəhşət
- Arvadının başını kəsən ər tutuldu
- Arvadının başını kəsdi - Qubada ailə faciəsi
- Arvadının qətlini sifariş verən kişi həbsdə qaldı
- Arvadının üzünə “kislota“ tökdürən kişiyə ağır cəza
- Arvadının qətlini sifariş verən kişiyə AĞIR CƏZA TƏLƏBİ
- Arvadının üstünə benzin töküb od vurdu - Ağdamda
- Arvadının başını kəsdi - Tovuzda dəhşət (YENİLƏNİB)
- Arvadının başını kəsən ər: `Başqa kişilərlə gəzirdi`