Sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılacaq
09:40 02 Mart 2020
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarında səfər edib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın bu ölkədəki səfirliklərinin nümayəndələri də iştirak edib. AQTA-nın sədr müavini R. Rüstəmzadə Agentliyin fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İlin sonuna qədər Azərbaycanda sərhəd keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqlərinin yaradılacağını diqqətə çatdırıb. Bildirib ki, AQTA bu sahədə olan beynalxalq təcrübəni sərhəd keçid məntəqələrində tədbiq edəcək.
Görüşlərdə qida təhlükəsizliyi məntəqlərinin yaradılması təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın inkişaf perespektivlərindən danışılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvada Vilnus hava limanının sərhəd keçid məntəqəsinə, Medininkaida Belarusla avtoyol, Kenada Belarusla dəmiryol sərhəd keçid məntələrinə, eləcə də Latviyada Paterniekidə Belarusla avtoyol, Terehovada isə Rusiya ilə sərhəd keçid məntəqələrinə baxış keçirib və hər iki ölkənin bu istiqamətdə təcrübəsi ilə yerində tanış olub.
Femida.az
Oxunub: 505
Oxşar xəbərlər
- Sərhəddə insident olub, bir nəfər zərərsizləşdirilib, bir nəfər axtarılır
- Sərhəddə xidmət aparan gömrük əməkdaşlarına xarici dil təlimləri keçirilib
- Sərhəddəki atışmada Qırğızıstanın 33 vətəndaşı ölüb
- Sərhəddə film kimi əməliyyat - Atəş açıldı, avtomobillə qaçanlar saxlanıldı
- Sərhəddən 8809 ədəd psixotrop həbin keçirilməsinin qarşısı alınıb
- Sərhəddən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
- Sərhəddə təcili tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb - RƏSMİ
- Sərhəddə çamadanın tutacağında heroin gətirən iranlı saxlanılıb - FOTO
- Sərhəddə 3 kq narkotik tutulub
- Sərhəddən 1000 ədəd "Belomorkanal" keçirmək istəyən azərbaycanlı saxlanıldı