Ağac kəsən şirkət məhkəməyə verilib


18:06     02 Mart 2020 odun%20agac.JPG

Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunub.

“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 571