AMEA-da yeni kadr təyinatları
22:22 03 Mart 2020
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr təyinatları olub.
Akademiyadan Femida.az-a verilən məlumata görə, Fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə tövsiyə olunub. AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və institutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev növbəti beş il üçün həmin vəzifələrə tövsiyə olunublar.
Elmi şura tövsiyə olunan namizədlərin müvafiq vəzifələri tutmaları, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təklif etdiyi namizədlərin müvafiq şöbə müdiri, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrinə təsdiq olunmaları barədə qərar qəbul edib.
Femida.az
Oxunub: 755
Oxşar xəbərlər
- AMEA-da təcili iclas keçirilir, PA rəsmisi də iştirak edir
- AMEA-da ciddi nöqsanlar aşkarlandı - Baş Prokurorluq işə qarışacaq
- AMEA-da yeni baş direktor onlayn seçildi
- AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
- AMEA-da yeni təyinatlar olub
- AMEA-da yeni təyinat olub
- AMEA-da struktur islahatları aparılıb, idarə və şöbələr ləğv olunub
- AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
- AMEA-da struktur dəyişikliyi olub
- AMEA-da yeni kadr təyinatları