“İki azyaşlı uşağımla küçədə qalmışam” - ANADAN MÜRACİƏT


19:11     30 Noyabr 2015 20151108_174548.jpg


Femida.az-a Göyçay rayonu Potu kəndində yaşayan Allahverdiyeva Ülviyyə Əli qızı tərəfindən müraciət daxil olub. Şikayətçi məhkəmə hakimlərinin çıxardığı qərardan narazı olduğunu qeyd edim. Müraciətin mətnini ixtisarla təqdim edirik.


“İki körpə uşaqla məni qanunsuz olaraq evsiz qoymuş Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin barəsində tədbir görülməsini xahiş edirəm. Belə ki, Allahverdiyev Müşfiq Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə el adəti ilə toy edib, ailə həyatı qurmuşduq. Həmin vaxtdan da, Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Babək küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşmüşəm. Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyatdadırlar. Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandı. Buna görə, Müşfiq boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi.

Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev heç bir müddət təyin etmədən ilk məhkəmə iclasında nigahımızın xitam edilməsinə dair 22 may 2015-ci il tarixdə qətnamə çıxartdı. Bundan sonra, mən iki azyaşlı uşaqlarımla hazırdada qeydiyatda olduğum Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın da təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxartdı. Həmin qətnamədən verdiyimiz apellyasiya şikayətinin təmin eilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə qətnamə çıxartdı. Hakim Fərhad Əfəndiyev və Mahir Əsədli bu qanunsuzluqları rüşvət hesabına həyata keçirməklə iki azyaşlı uşağın həyatını məhv etdilər.

Hakimlər öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar. Ancaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdə qəbul edilmiş qanundan sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir. Biz isə bu qanundan əvvəl 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq. Xahiş edirik, aidiyyatı qurumlar bununla bağlı araşdırma aparsın.”

Yazıda adları hallanan şəxslərin də, fikirlərini dinləməyə hazırıq.

Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 2325